Qazaxıstanın Türküstan vilayətində Türk Dövlətlərinin Universiadası davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarış keçirilib. Gənclərdən ibarət millinin məşqçiləri Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında Universiadaya qatılan komandanın 6 üzvü fəxri kürsüyə qalxıb.
Murad Əhmədiyevlə (97 kq) Sərxan Məmmədov (130 kq) çempion olub. Fərid Xəlilov (67 kq) gümüş Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq) və Davud Məmmədov (77 kq) isə bürünc medal əldə edib.
Beləliklə, yığmamız yarışda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.