"Real" daha bir futbolçusunun müqaviləsini uzadıb.
Sportliqa.az xəbər verir ki, Madrid təmsilçisi Federiko Valverde ilə uzunmüddətli sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına kimi "Real"a məxsus olacaq. İspaniya klubu uruqvaylı orta xətt oyunçusunun sərbəstqalma məbləğini 1 milyard avro təyin edib.
Qeyd edək ki, "Real" daha əvvəl Vinisius Junior, Rodriqo və Eduardo Kamavinqa ilə uzunmüddətli müqavilə imzalayıb.