Ramil Şeydayevin də formasını geyindiyi "Soçi" Rusiya Birinci Liqasında 14-cü tur oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, komanda səfərdə "Rotor"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Matçdakı yeganə qolu 17-ci dəqiqədə İrakli Manelov öz qapısından keçirib.
Ramil də bu oyunda iştirak edib. O, 83-cü dəqiqədə Aleksandr Metsievin əvəzinə meydana çıxıb.
"Soçi" hazırda 29 xalla ikinci pillədədir. Şeydayevin komandası lider “Pari NN”dən 5 xal geri qalır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az