Misli Premyer Liqasında 8-ci tur davam edir.
Sportliqa.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu, “Sabah” isə 16 xalla 2-ci pillədə qərarlaşıb.
Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Hazırda hər iki komandanın 16 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə birinci, Ağdam klubu isə üçüncü yeri tutur.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur
17 oktyabr (şənbə)
16:00. “Qəbələ” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” - “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az