“Qarabağ”ın zədəli qapıçısı Andrey Lunyovun durumuna aydınlıq gəlib. Dünən Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Bayer”lə görüşdə (0:1) zədələnən rusiyalı qolkiper təxminən 14 gün yaşıl meydanlardan kənarda qalacaq.
Sportliqa.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin həkimi Gena Kislari bildirib. O, qapıçının Rusiya millisinin qarşıdakı təlim-məşq toplanışına da qatıla bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 9 oyunda iştirak edib, 9 qol buraxıb. Andrey sabit və uğurlu çıxış sayəsində yenidən milliyə dönmək şansı qazanmışdı.
Əlavə edək ki, noyabrın 20-də Rusiya millisi Kuba ilə yoldaşlıq oyunu keçirəcək. Görüş Volqoqradda baş tutacaq.