
"Neftçi TV"nin aparıcısı İsmayıl Abdullayevin klubdan ayrılmasının səbəbi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, böyük televiziya təcrübəsinə sahib olan şəxs klubun Kommunikasiya üzrə direktoru Aysu İbrahimli ilə mübahisə yaşayıb. Abdullayev yeni rəhbərin qaydalarından narazı qalıb və İbrahimli ilə sözləri çəp gəlib.
İşində əvvəlki xoşbəxtliyi tapmayan İsmayıl Abdullayev yekunda ərizəsini yazaraq işdən ayrılmağa məcbur qalıb.
Qeyd edək ki, "Neftçi"də televiziya və sosial media hesabları Aysu İbrahimlinin nəzarətindədir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması