
Xorvatiya mətbuatı zədəsini yeni sağaldan "Dinamo”nun (Zaqreb) hücumçusu Bruno Petkoviçin qayıdışını qeyd edərkən, Mahir Emrelinin durumuna da toxunublar.
Sportliqa.az xəbər verir ki, “Sportske novosti” portalı millimizin forvardı barədə bunları yazıb:
"Bruno Petkoviçin qayıdışı “Dinamo” üçün həm də ona görə vacibdir ki, Sandro Kulenoviç sarı vərəqə limitini pozduğu üçün qarşıdakı çempionat matçında “Osiyek”ə qarşı oynaya bilməyəcək. Yosip Drmiç və Mahir Emreli isə qol vurmaq lazım gəldikdə, problemli həll edə biləcək hücumçular deyillər. Ona görə də Petkoviçin dönüşü "Dinamo" üçün yaxşıdır".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması