Millimizin oyununa böyük maraq: 30 min bilet satıldı
16 Noyabr 2023 18:42
AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun Belçika - Azərbaycan görüşünə yerli fanatlar tərəfindən maraq yüksəkdir.
Sportliqa.az xəbər verir ki, indiyədək satılan biletlərin sayı məlum olub.
Noyabrın 19-da Brüsseldə “Rua Boduen” stadionunda keçiriləcək görüşə 30 mindən çox bilet satılıb.
Arenanın ümumi tutumu isə 50 min nəfərlikdir. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.