İsveç millisinin kapitanı Viktor Lindelöf Qol.az saytına müsahibə verib.
Sportliqa.az "Mançester Yunayted"in müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Azərbaycan millisinə 0:3 hesablı məğlubiyyəti necə şərh edərdinizz?
- Düşünürəm ki, matç çox çətin keçdi. Fərdi səhvlərə yol verdik. Bir neçə dəqiqəyə Azərbaycan millisi ard-arda gözəl qollar vurdu. Onları təbrik edirəm. Bu gün qələbəyə layiq olan tərəf idilər.
- İlk matçda 5 qol vuran İsveç millisinin Bakıda rəqib qapısına yol tapa bilməməsini nə ilə əlaqələndirmək olar?
- Futbolda belə hallar olur. Hər matç fərqlil olur. Bu gün Azərbaycan millisi aqressiv oyun sərgilədi. Gözəl matçla qələbə qazandılar. Onlara əhsən düşür.
- Ola bilər ki, İsveç millisində motivasiyanın zəif olması məğlubiyyətə gətirib çıxardı?
- Belə düşünmürəm. Hər matça yüksək əhval-ruhiyyədə çıxırıq. Əlbəttə, bu oyunda qələbə qazansaydıq belə, biz növbəti mərhələyə vəsiqə qazana bilməyəcəkdik. Lakin yenə də milli komandanı təmsil etdiyimizi dərk edirik. Hər oyuna motivasiya ilə çıxırıq. Ən yaxşısını etməyə çalışırıq. Motivasiya bu gün tək problem deyildi, konsentrasiya, oyuna köklənmədə bir sıra boşluqlarımız var idi. Bu səbəbdən fərdi səhvlər etdik.
- Emin Mahmudovun meydanın mərkəzindən vurduğu qol barədə nə deyə bilərsiniz?
- İnanılmaz qol idi. Hər futbolçuya karyerası ərzində belə qollar vurmaq qismət olmur. Odur ki, bu cür qollar həmişəlik yadda qalır. Azərbaycan millisinin kapitanını təbrik edirəm.
- Azərbaycanda formasını geydiyiniz "Mançester Yunayted"in çoxsaylı azarkeşi var. Onları bu sual çox maraqlandırır: “Qırmızı şeytanlar” nə vaxt əvvəlki nüfuzunu geri qaytaracaq?
- Hazırda ancaq milli komanda haqqında danışa bilərəm. “Mançester Yunayted” barədə fikir bildirməyə icazəm yoxdur.