
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçiriləcək səfər oyununa 2 itki ilə çıxacaq.
Sportliqa.az xəbər verir ki, İsveçlə qarşılaşmada sarı vərəqə alaraq cəzalı duruma düşən Ramil Şeydayev və qırmızı vərəqə alan Bəhlul Mustafazadə bu matçı buraxacaqlar.
Bəhlul Mustafazadə yığmanın düşərgəsini tərk edərək "Qarabağ"a qayıdıb.
Noyabrın 19-da Brüsseldə baş tutacaq Belçika – Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə 21:00-da start veriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması