Belçika milli komandasının üzvü Amadu Onana AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək görüşünü buraxacaq.
Sportliqa.az xəbər verir ki, "Everton"un belçikalı futbolçusu zədələnib. Sağ ayaq əzələsini dartan 22 yaşlı yarımmüdafiəçinin Azərbaycanla görüşdə meydanda olmayacağı dəqiqləşib.
O, artıq millinin düşərgəsini tərk edib. Belçika - Azərbaycanla görüşdə noyabrın 19-da Brüsseldə keçiriləcək və görüşə 21:00-da start veriləcək. Millimiz 7 xalla 4-cü pillədədir.