
Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə (3:0) oyunundan sonra mətbuata açıqlama verib.
Sportliqa.az xəbər verir ki, 3:0 hesablı qələbədən danışan Cəfərquliyev azarkeşlərə təşəkkür edib:
"Qələbəyə görə çox sevincliyik. Uzun müddətdən sonra evdə qələbə qazandıq. Komanda olaraq döyüşdük, sona qədər vuruşduq. Qələbəyə layiq idik. Yeri gəlmişkən, azarkeşlərimizə də təşəkkür edirəm. Gəlib bizə dəstək oldular. Sağolsunlar".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması