Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə oyundan öncə fikirlərini bölüşüb:
Sportliqa.az xəbər verir ki, 67 yaşlı italyan mütəxəssis bu gün Brüsseldə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Fikrimcə, komandamız bu günə qədər yaxşı mərhələ keçib. Komanda bütün oyunlarda tam gücünü qoyub, yaxşı keyfiyyət göstərib. Bu baxımdan çox yaxşı inkişaf etmişik. Amma fikrimcə, daha çox işləməliyik. Yalnız son oyunda qazandığımız nəticə barədə düşünməməliyik. Sabah da eyni uğuru təkrarlamağa çalışmalıyıq. Sabah güclü komandaya qarşı oynayacağıq. Domeniko Tedesko kimi yaxşı məşqçisi var. Fikrimcə, biz də oyunumuzu tapmışıq. Ötən dəfə də qeyd etmişdim ki, biz Avstriya və Belçikaya qarşı yaxşı oynamışdıq. Sadəcə, fərq onda oldu ki, həmin oyunlarda şanslarımızdan yararlana bilmədik. İsveçlə görüşdə isə bunu bacardıq”.
Mənim yığmadakı taleyim sabahkı oyundan ibarətdir? Bu dəqiqə bu məni maraqlandırmır. Ona görə də bu haqda danışmaq istəmirəm. Əsas problem ondadır ki, sabah bizim udmağımız və ya uduzmağımızla həll olunmur. Ramil Şeydayevin sabah hücumun sivri ucunda və ya digər mövqelərdə oynamasını isə sabah oyun zamanı görəcəyik”.
O, Qazaxıstanın Sloveniyanı məğlub etməsi durumunda AÇ-2024-də pley-off şanslarının yaranmasına da münasibət bildirib: “Biz əlimizdən gələni etməliyik. Çətin məsələdir, amma həyatda hər şey mümkündür”.
De Byazi sabah yenidən Belçikaya qarşı çətin anlar yaşatmaq üçün nələr etmək lazım olduğundan da söz açıb:
“Yenə eyni intensivliklə oynamalıyıq. İlk oyunda taktiki baxımdan necə oynamışdıqsa, elə oyun göstərməliyik. Təbii ki, öz imkanlarımızdan yararlanmlıyıq. Birinci oyunda bu alınmadı. 6-cı dəqiqədə çox yaxşı qol şansımız var idi, dəyərləndirə bilmədik. Bu gün səhər uşaqlarla bu oyuna baxmışıq, hər şeyi onlara söyləmişəm. Rəqibdən çəkinməmişdik. Sabah da eyni ruhda mübarizə aparmaq lazımdır”.
İtalyan mütəxəssis son mətbuat konfranslarının hamısına kapitan Emin Mahmudovu gətirməsinə də münasibət bildirib: “Bütün milli komandalarda baş məşqçinin yanında adətən kapitanılar danışır. Fikrimcə, burada qeyri-adi, anormal bir şey yoxdur. Emin millinin kapitanıdır. Ondan hər dəfə xahiş edəndə, razılıq verir, sağ olsun. Sadəcə, ola bilər ki eyni şeyləri təkrarlamaqdan yorulur”.
futbolinfo.az