Belçika millisinin hücumçusu Romelu Lukaku RTBF-yə açıqlama verib.
Sportliqa.az xəbər verir ki, təcrübəli hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçirilmiş matçı (5:0) haqda danışıb:
"Məndə yaxşı hiss var. Bu qələbə və Avropa çempionatına vəsiqə qazandığımız üçün şadam. Əvvəlcədən paltardəyişmə otağında demişdim ki, Azərbaycanla matçın gərginliyini nəzərə alsaq, fiasko ilə bitə bilər. Leuvendə pis meydançada oynayırdıq. Bununla belə, oyunçuların yanaşması və motivasiyası yaxşı idi. Sürətli olmaq, ilk yarım saatda qol vurmaq vacib idi. Bundan sonra qısa zamanda ardıcıl qollar vurduq. Bu məqam vacib idi. Çünki Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Belə olmasaydı, İsveçi 3:0 hesabı ilə məğlub etməzdilər. Mən və Yan Vertongen komandanı uğurlu başlanğıc üçün təkid etdik.
Bu, xüsusi bir şeydir. Oğlumun da doğum günü idi. Hər şeyin necə edildiyini nəzərə alsaq, açıq-aydın komanda adına üçün xoşbəxtəm. Yaxşı oynadıq. Çalışıram ki, gənc futbolçulara güvən verim. Onların mentaliteti var. Biz bunu davam etdirməliyik. Düşünürəm ki, daha da irəli gedə bilərik".
Qeyd edək ki, Lukaku Azərbaycanla görüşdə pokerə imza atıb.