Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Sportliqa.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçilik etdiyi kolllektiv 2-ci təsnifat mərhələsinn ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşacaq.
"Azərsun Arena"da keçiriləcək matç saat 15:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 4-də olacaq.
Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin üstün tərəfi ilə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az