İsveç millisinin baş məşqçisi Yanne Andersson vəzifəsindən istefa verib.
Sportliqa.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis öz açıqlamasında bildirib. O, Avro-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə oyundan sonra istefa verdiyini deyib. Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını vurğulayıb.
Andersson 2016-cı ildən İsveç yığmasının baş məşqçisi idi.
İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda 10 xalla üçüncü yeri tutub. Azərbaycan isə 7 xala 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0 hesabı ilə qələbə qazanıb, Bakıdakı qarşılaşmada isə Azərbaycan 3:0 hesabı ilə qalib gəlib.