Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında fəxri kürsüyə qalxıblar.
Sportlia.az xəbər verir ki, Polina Rəhimovanın formasını geyindiyi “Xoa Çat Duk Qianq Tia Sanq” klubu liqanı gümüş medalla tamamlayıb.
Odina Əliyevanın şərəfini qoruduğu “Binh Dyen Lonq An” isə üçüncü yeri tutaraq bürünc mükafata yiyələnib.
Polina Rəhimova həmçinin Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.