21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avro-2025-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə qarşılaşacaq. Matç İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu, İsveçrə Rumıniyanı qəbul edəcək.
Avro-2025, seçmə mərhələ
22:00. Ukrayna - Azərbaycan
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.