2024-cü il Avropa çempionatının final turnirində iştirak edəcək 24 komandadan 20-si bəllidir. Dünən baş tutan matçlardan sonra daha 3 komanda Almaniyaya getmək şansı qazandı.
Sportliqa.az xəbər verir ki, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya Sloveniya, eləcə də turnirin təşkilatçısı kimi Almaniyanın Avro-2024-də mübarizə aparacağı dəqiqdir.
Daha 4 iştirakçı Millətlər Liqasının müxtəlif divizionlarında keçiriləcək pley-off matçlarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az