AFFA İcraiyyә Komitәsi tezliklә toplanacaq.
"FutbolPress"in әldә etdiyi mәlumata görә komitә bu ayın sonu müqavilәsi bitәn milli komandanın baş mәşqçisi Canni De Byazi ilә bağlı müzakirә aparacaq, qәrar verilәcәk.
Nәticәlәr vә perspektiv barәdә ciddi sualların yarandığını nәzәrә alsaq, italiyalı ilә yeni müqavilәnin olmayacağını ehtimal etmәk olar.
Byazinin işindәn başqa, Belçika sәfәrindә mediaya yönәlmiş alçaldıcı fikirlәrinin dә İcraiyyә Komitәsinin müzakirәsinә çıxarılacağı gözlәnilir.
Son mәlumatlara görә AFFA prezidenti Rövnәq Abdullayev dә özündәn müştәbeh mәşqçinin "qәlәmini qırıb", ancaq İK-da mәsәlәyә son yanaşmalar necә olacaq - qәti bildirmәk mümkün deyil.
Kuluarlarda milli üçün әcnәbi mütәxәssis variantından imtina, işin yerli mütәxәssisә hәvalә edilmәsi barәdә xәbәrlәr dolaşır.
futbolpress.az
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az