Bu gün 19 yaşlılardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin üçüncü oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektivin rəqibi qrup oyunlarına ev sahibliyi edən Lüksemburq kollektividir.
21:00 Lüksemburq – Azərbaycan
Açılış oyununda Azərbaycan Bosniya və Herseqovina ilə heç-heçə edib (0:0), daha sonra Niderlanda uduzub.
Niderland 6 xalla liderdir, Bosniya və Herseqovina 4, Azərbaycan isə 1 xala malikdir. Lüksemburqun aktivində isə xal yoxdur.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az