
Çelenc kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün 1/16 final mərhələsində ilk matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşmada komandamızın rəqibi Yunanıstanın “Panathinaikos” klubu olub.
Görüş qonaqların üstünlüyü ilə keçib. İlk setdə 25:20 hesabı ilə qalib gələn yunanlar sonrakı hissələri 25:17 və 25:20 hesabları ilə üstün başa vuraraq matçın qalibi olublar - 3:0.
Cütün cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması