Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Sportliqa.az xəbər verir ki, yığıncaq federasiyanın inzibatı binasında təşkil olunacaq.
Tədbir saat 10:00-da başlayacaq. İclasın gündəliyinə duran yeganə məsələ Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bağlıdır.
İtaliyalı mütəxəssis İcraiyyə Komitəsinə hesabat verəcək. Müqaviləsi başa çatacaq de Byazinin anlaşmasının müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq. Onun taleyi ilə bağlı yekun qərar veriləcək
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az