DÇ-2026-nın seçmə mərhələsinin Braziliya - Argentina oyunununda qalmaqal yaşanıb.
Sportliqa.az xəbər verir ki, buna səbəb azarkeşlər arasında kütləvi davanın baş verməsi olub. Komandalar meydana daxil olduqdan sonra azarkeşlər arasında mübahisə yaranıb. Braziliya polisləri argentinalı azarkeşlərə qarşı sərt davranışına isə milli üzvlərindən reaksiya gəlib.
Argentina yığmasının üzvləri meydanı tərk edərək, paltardəyişmə otağına yollanıblar. 30 dəqiqə sonra ara sakitləşib və qarşılaşma başlayıb.
Argentina Braziliyanı səfərdə Otamendinin qolu ilə məğlub edib.