Azərbaycan millisində baş məşqçi Canni De Byazi ilə yollar ayrılıb.
Sportliqa.az xəbər verir ki, yığmanın yeni çalışdırıcısının təyin olunması ilə bağlı işçi qrupu yaradılacaq. Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib: "Yanvara qədər yeni baş məşqçinin təyinatı üçün çalışacağıq. Çünki martda beynəlxalq yoldaşlıq oyunları olacaq. İstəyirik ki, ona qədər məşqçi komandaya uyğunlaşsın. Azərbaycan mentalitetinə, mədəniyyətinə uyğun namizədlər nəzərdən keçirəcək. Yeni baş məşqçisinin 100 faiz yerli olacağını demək çətindir, amma yerli olmaq ehtimalı da az deyil".
İşçi qrupuna İcraiyyə Komitəsinin üzvləri ilə yanaşı, kənardan mütəxəssis cəlb ediləcək. Yeni məşqçi təyinatının yanvara qədər həll edilməsi planlaşdırılır.