Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, AFFA-nın mətbuat xidməti iclasdakı qərarları açıqlayıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müddəti sona çatan müqavilə artırılmasın;
Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu yaradılsın.