Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
Sportliqa.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.
Bu gün (22 noyabr) MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.
Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaq. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Saat 19:00-da başlayacaq bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Hər üç görüş GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq.
Yüksək Liqa (kişilər)
22.11.2023
18:00. MOİK – “Neftçi”
23.11.2023
16:00. “Azərreyl” – “Murov Az Terminal”
19:00. “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın”