
Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Yığmamız daha əvvəl Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması