"Qarabağ"ın futbolçuları Leandro Andrade və Patrik Andradenin formasını geyindiyi Kabe Verde millisi DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, sözügedən komanda səfərdə Esvatini ilə qarşılaşıb. Görüş Kabe Verdenin qələbəsiylə başa çatıb - 2:0.
Patrik bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. Leandro isə 77-ci dəqiqədə meydana daxil olub.
Kabe Verde D qrupunda 2 oyundan sonra 4 xalla 3-cü sıradadır. Qrupda Kamerun, Liviya, Anqola, Mavritanya və Esvatini ilə mübarizə aparır.