Azərbaycan millisində baş məşqçi postundan ayrılan Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.
Sportliqa.az xəbər verir ki, funksioner "Tuttomercatoweb" saytına açıqlamasında bunları deyib: "Getməli olduğum yolda irəlilədim. Lazımi qiymətləndirmələri etdim və nəticə baxımından maksimuma çatdığımı düşünürəm. Kifayət qədər gənc, perspektivi olan komandadan ayrıldım. Hər şey başladığı kimi bitə bilir və mənim üçün bitmişdi.
Azərbaycan FIFA reytinqində 120-ci olan komandadır və istənilən halda, biz İsveç kimi güclü komandanı məğlub etməyi bacardıq. Belçikaya məğlub olsaq da, meydanda nələr üçünsə çalışdığımızı gördük. Sonda futbolçuların keyfiyyətləri önə çıxdı və fərq yarandı.
Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram".