Azərbaycan millisindən yenicə ayrılan Canni de Byazi təqaüdə çıxmaq fikrində deyil.
Sportliqa.az xəbər verir ki, italiyalı mütəxəssis yenidən çalışmaq arzusundadır. Bunu 67 yaşlı çalışdırıcı ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, yenə milli komandaya rəhbərlik etmək arzusunda olduğunu gizlətməyib: “Gələcəkdə başqa millidə çalışmaq istərdim. Bir variant var. Ümid edirik ki, bu, reallaşacaq. Ancaq müqavilə imzalanana qədər bu barədə danışmaq istəmirəm. Qazandığım təcrübələrə əsasən deyə bilərəm ki, zirvəyə qalxmaq və final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq bir komandada çalışmaq imkanım olacaq”.
Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə Azərbaycan millisini çalışdırıb.