Azərbaycan millisində baş məşqçi Canni De Byazi ilə yollar ayrıldı. AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında mütəxəssislə müqavilənin uzadılmaması ilə bağlı qərar qəbul olundu.
Yeni məşqçinin əcnəbi, yoxsa yerli olması ilə bağlı isə müxtəlif fikirlər dolaşmaqdadır.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "FutbolPress"ə açıqlamasında millinin yerli məşqçiyə tapşırılmasının əhəmiyyətindən söz açdı
"Millini yerli məşqçi çalışdırmalıdır. Lakin xırda detallar var. İndiki məqamda 50 əcnəbi məşqçi gətirsən də, vəziyyət düzəlməyəcək. Təhlillər aparılmalıdır. Az xərclə maksimum nəticə istənilirsə, məşqçi yerli olmalıdır. Əcnəbilərin yığdığı xalları aşağı-yuxarı onlar da yığa bilərlər. Buna görə millini yerli məşqçi çalışdırmalıdır".