İstanbul klubunda qalmaqal: Prezident futbolçunu vurdu, müqaviləsini ləğv etdi
23 Noyabr 2023 17:00
Türkiyənin "İstanbulspor" klubunda gözlənilməz ayrılıq gerçəkləşib.
Sportliqa.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu İbrahim Yılmaz müqaviləsini təktərəfli ləğv edib.
Buna səbəb 29 yaşlı forvardın klubun prezidenti Ecmel Faik Sarıalioğlu ilə mübahisə etməsi olub. Klub rəhbəri təcrübəli futbolçunu vurub.
İbrahim Yılmaz ekspertizadan döyülməsinə dair sənəd əldə edib. Ön xətt oyunçusu bundan sonra klubla müqaviləsini ləğv edib.