AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verildiyi, italiyalı mütəxəssislə yola davam edilməyəcəyi bəllidir.
Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanovla əlaqə saxlayıb qərarla bağlı mövqeyini öyrəndik, italiyalının tərk etdiyi postda kimi görmək istədiyini soruşduq.
Sportliqa.az xəbər verir ki, onun Fanat.Az-a açıqlaması belə oldu:
"Mən dəfələrlə yerli baş məşqçinin olmasının vacibliyini demişəm. Bizə xarici məşqçinin heç bir faydası olmur. Xarici məşqçilər 3-4 il burada olurlar, ancaq nağıl danışırlar. Buna görə yığmada yerli məşqçi işləməlidir. İşləyə - işləyə inkişaf edəcəyini düşünürəm. Adla bağlı konkret nəsə deyə bilməyəcəm. Mənə elə gəlir ki, inkişaf üçün yerli məşqçi olmalıdır".