“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebonun müsahibəsi:
- Azərbaycan Premyer Liqasının XIV turunda “Araz-Naxçıvan”la heç-heçə etdiz. 1:1-lik bərabərliyi necə şərh edərdiz?
- Düşünürəm ki, çox yaxşı oyun keçirdik. 90 dəqiqə ərzində meydanda dominantlıq edirdik. Təəssüfləndiyim məqam odur ki, bir çox şansları boşa verdik. Daha çox qollar vurmalı idik. Əgər konkret imkanları dəyərləndirsəydik, 2:0, 3:0 hesabı qeydə alınardı. Son dəqiqələrdə qol buraxmaq bir qədər bizi ruhdan saldı.
- Həmin qol sayəsində qələbəni əldən verdiz. Bunu nə ilə əlaqələndirmək olar?
- Bəli, sonda buraxmağımız məyusedicidir. Buraxılan qol haqqında deməyə söz tapa bilmirəm. Ancaq onu deyə bilərəm ki, 90 dəqiqə əlimizə düşən şanslardan maksimum istifadə etməli idik. Vaxtında hesab arasındakı fərqi artıra bilsəydik, indi bu barədə danışmazdıq.
- Razısız ki, "Neftçi"nin hazırkı mövqeyi ürəkaçan deyil?
- Əlbəttə, hamımız "Neftçi"nin Azərbaycan üçün nə qədər məşhur komanda olduğundan xəbərdarıq. Biz cari mövsümü ideal keçirmirik. 6-cı pillədə olmalı deyilik. Növbəti matçda 100 faizlik nəticə əldə etmək üçün meydana çıxacağıq. Qələbə qazanmalıyıq və bu, bizə gələcəkdə daha yaxşı olmağa kömək edəcək.
- Hazırkı durumda "Neftçi" çempionatda nəyə ümid edə bilər?
- Həmişə "Neftçi"nin əsas hədəfi turnir cədvəlinin üst pillələrində olmaqdır. Bu il də belə nəticə istəyirik. Ümid edirəm ki, mövsümün sonunda çempionatı ilk üçlükdə başa vuracağıq. Bunun üçün var gücümüzlə çalışırıq. Əminəm ki, hər kəs bunu istəyir.
- Yeri gəlmişkən, bu yay "Neftçi" ilə müqaviləniz başa çatır. Adətən sözləşmənin müddətinə 6 ay qalmış tərəflər danışıqlara start verirlər. Siz artıq gələcəyinizi müəyyənləşdirmisiz?
- Hazırda bu barədə düşünmürəm. Dəqiq bir söz deyə bilmərəm. “Neftçi”də öz oyunumu sərgiləməklə komandaya maksimum fayda verməyə çalışıram. Gələcəkdə nə olacağını birlikdə görəcəyik.
futbolxeber.az