UEFA AVRO-2024-ün seçmə mərhələsində ən yaxşı qolu müəyyənləşdirmək üçün səsverməyə start verib. Sportliqa.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin kapitanı Emin Mahmudovun qolu da yer alıb.
31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveçə uzaq məsafədən vurduğu qol siyahıya düşüb. Bu qol eyni zamanda həmin qarşılaşmada yığmamızın böyükhesablı qələbəsini rəsmiləşdirib - 3:0.
Mahmudovla yanaşı, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, qazaxıstanlı Asxat Taqlbergen, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgün də tsiklin ən yaxşı qoluna namizəddi. Qalib UEFA-nın rəsmi saytında səsvermədən sonra bəlli olacaq.
Xatırladaq ki, Eminin qolu IX turda ən yaxşı adına layiq görülüb.