Azərbaycan yığması "Antalyaspor" klubu ilə yoldaşlıq oyunu keçirəcək
Qadınlardan ibarət Azərbaycan millisi Türkiyənin "Antalyaspor" klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Sportliqa.az xəbər verir ki, görüş oktyabrın 5-dən 13-dək Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.
Matç oktyabrın 9-da, Bakı vaxtı ilə saat 18:00-da "Titanic Deluxe Belek Football Center"də reallaşacaq.