Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları start götürür.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə beş matç keçiriləcək.
"Turan Tovuz" II Liqanın təmsilçisi olan "Göygöl"ü sınağa çəkəcək. "Səbail" də II Liqada yer alan "Şəfa" ilə qarşılaşacaq.
Bu mərhələnin taleyini bir oyun həll edəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 noyabr
13:30 "Karvan" - "Difai Ağsu"
Baş hakim: Rauf Allahverdiyev
Yevlax şəhər stadionu
13:30 "Araz-Saatlı" - "İrəvan"
Baş hakim: Kamal Umudlu
Saatlı OİK stadionu
13:30 MOİK - "Cəbrayıl"
Baş hakim: İnqilab Məmmədov
Binə qəsəbə stadionu
15:00 "Şəfa" - "Səbail"
Baş hakim: Əli Əliyev
"ASCO Arena"
17:00 "Turan Tovuz" - "Göygöl"
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu.