“Qarabağ”ın keçmiş futbolçusu Kadi "Krasnodar"dan ayrıla bilər.
Sportliqa.az xəbər verir ki, bu ilin yanvarında “Qarabağ”dan Rusiya klubuna 5 milyon avro qarşılığında transfer olunan braziliyalı vingerin təklifləri var. Agenti Xelsio Alisk bu barədə açıqlama verib:
"Kadi qışda "Krasnodar"ı tərk edə bilərmi? Heç bir şey bilmirəm. "Krasnodar"dan soruşun"
Kadi bu mövsüm “Krasnodar”da 20 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.