Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, tura “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandalarının matçı ilə start verilib.
Oyun Famil Ağayevin yetirmələrinin qələbəsi ilə başa çatıb. “Milli Aviasiya Akademiyası” komandasını 3:1 hesabı ilə məğlub edən “Abşeron” xallarının sayını 9-a çatdırıb və turnir cədvəlində birinci pilləyə yüksəlib.
Günün ikinci qarşılaşmasında UNEC və “Gəncə” klubları üz-üzə gəlib. Qarşılaşma Gəncə təmsilçisinin üstünlüyü keçib. Tələbələri 3:0 hesabı ilə məğlub edən “Gəncə” komandası bu qələbə ilə çempionatdakı ilk xallarını qazanıb.
Qeyd edək ki, III turun son matçı sabah (29 noyabr) saat 15:00-da baş tutacaq. Bu görüş “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olacaq. Oyun GİN-nin Voleybol Mərkəzində keçiriləcək.