"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxır.
Sportliqa.az xəbər verir ki, "qırmızı-qaralar" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki mərhələdə Macarıstanın "Puşkaş Akademiya" komandasını mübarizədən kənarlaşdırıb.