
Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" baş məşqçisiz qalıb.
Sportliqa.az xəbər verir ki, Patrik Klyuvertlə yollar ayrılıb.
Türkiyə klubu niderlandlının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Bu, son turda "Samsunspor"a 2:3 hesablı məğlubiyyətdən sonra baş verib.
Qeyd edək ki, "Adana Dəmirspor" yayda Klyuvertlə 2 illik müqavilə imzalamışdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.