Albaniyada legioner həyatı yaşayan Vüsal İsgəndərli karyerasını fərqli komandada davam etdirməyə yaxındır.
Sportliqa.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçinin “Eqnatiya”nın heyətindəki performansı Rumıniya və Türkiyə klublarının maraq dairəsinə düşüb.
Konkret olaraq Rumıniya yüksək liqasında mübarizə aparan “Sepsi” V.İsgəndərlini heyətində görmək istəyir. Ancaq Türkiyədən gələcək təklif 28 yaşlı futbolçunun fikrini dəyişə bilər.
İsgəndərli qışda klub rəhbərliyi ilə bunu müzakirə edərək, 2024-cü ilə “Eqnatiya”da başlayıb-başlamayacağına qərar verəcək. O, bu mövsüm Albaniya liqasında 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
apasport.az