Ukraynanın “Polesye” klubunun azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna millisində çıxış etmək imkanından danışıb.
Sportliqa.az xəbər verir ki, "Xsport"a danışan futbolçu Ukrayna millisində oynamaq variantlarından söhbət açıb.
- Vaxtilə Azərbaycanın gənclər yığmasında oynamaq təklifini qəbul etmişdiniz. Qərarınızdan peşmansınız?
- Atam istədiyi üçün Azərbaycan millisində oynamaq arzusunda idim. Ruslan Rotan mənə dəvət göndərəndə isə artıq Azərbaycan yığmasında oynamışdım. Bir komandadan digərinə keçmək düzgün olmazdı.
- Əsas millidən dəvət gəlmədi? Federasiya ilə əlaqəniz olub?
- Hələ mən “Aleksandriya”da olarkən danışırdıq. İndi isə sakitçilikdir.
- Ukrayna millisi ilə hekayənizə son qoymaq hələ tezdir?
- Ukrayna millisinə dəvət min ildə bir dəfə ola bilər. Ukrayna yığmasından imtina etməyəcəyim dəqiqdir. Mən burada böyümüşəm, şəxsiyyət olmuşam.
- UPL-də “Minay”da çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadə haqqında Azərbaycanda insanlar nə danışır?
- Mən onlarla o qədər də yaxından ünsiyyət qurmamışam. Rüstəm Əhmədzadə mütəmadi olaraq milliyə dəvət alır. O, kifayət qədər yaxşı vəziyyətdədir.
- Bu yaxınlarda AVRO-2025-in seçmə mərhələsində Azərbaycan və Ukraynanın gənclərdən ibarət yığmaları üz-üzə gəldi. Orada tanışlarınız var?
- Bir neçə tanıdıqlarım var. Rüstəm Samiqulin və yığmanın kapitanı olan Fərid Yusiflini deyə bilərəm.