Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 4-cü turun iki oyunu baş tutub.
Sportliqa.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində ilk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları çıxıblar.
Maraqlı mübarizə şəraitində keçən görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca “Murov Az Terminal” – UNEC qarşılaşması start götürüb. Bu matçda gözlənildiyi kimi “Murov Az Terminal” “quru hesabla” qalib gəlib.
“Abşeron”, “Azərreyl” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Hesabında xal olmayan UNEC isə sonuncu yerdədir.