“Qarabağ”ın hücumçusu Olavio Juninyonun müsahibəsi:
- “Sumqayıt” üzərində qazanılan böyükhesablı qələbəni necə şərh edərdiz?
- Həmişə deyirəm ki, turnirdən asılı olmayaraq, bütün oyunlar 3 xal baxımından vacibdi. “Sumqayıt”la matç da istisna olmadı. Parlaq oyun sərgilədik və qələbə qazandıq.
- Artıq növbəti sınaq “Hekken”ə qarşıdır. “Qarabağ” parlaq çıxışı isveçlilərlə matçda da davam etdirə biləcək?
- Bu görüş bizim üçün çox vacibdir. Bilirəm ki, bu qarşılaşmaya çox böyük maraq var. Hər kəs “Hekken”lə görüşü gözləyir. Əminəm ki, stadionda möhtəşəm atmosfer olacaq. Biz də öz növbəmizdə azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Siz özünüz də son turlar inamlı təsir bağışlayır, qolları sıralayırsız. “Hekken”lə matçda da fanatlar sizdən qol gözləsinlər?
- Çalışacam ki, “Hekken”ə qarşı yaxın oyun sərgiləyim. Qol isə matçın gedişatından asılıdır.
- “Hekken”lə görüşdən sonra “Qarabağ”ı “Neftçi” ilə matç gözləyir...
- Braziliyalılar deyirlər ki, klassiko klassikodu. Bilirəm ki, “Neftçi” ilə matç derbidir. Həmin oyunda da məqsədimiz 3 xaldır. Rəqib hər nə qədər güclü olsa da, istəyimiz dəyişmir.
- Dekabrın 21-də “Qarabağ”ı tarixi oyun - Xankəndidə kubok matçı gözləyir. Bu barədə nə dərəcə məlumatlısız?
- Azərbaycanın tarixi ərazisində oynamaq mənim özüm üçün də xoş bir hadisədir. Çalışacağıq ki, maraqlı tamaşa olsun. Hamı da oyundan zövq alsın.
futbolxeber.az