
Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 7 -ci turunun növbəti oyunu baş tutub.
Sportliqa.az xəbər verir ki, "Cəlilabad" və "Gəncə" komandalarının qarşılaşdığı gərgin oyunda iki əlavə vaxt baş tutub. Yerli komanda 14 xallıq fərqdən geri dönüş edib hesabda irəli çıxsada, bu üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Beləcə "Gəncə" oyunu 114-108 hesablı qələbə ilə tamamlayıb.
Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Tomas Kobi - 30 xal, 9 ribaund), "Gəncə" (Culs Mur - 29 xal, 10 ribaund)
Qeyd edək ki, 7-ci turun son oyunu ("Şəki" - "Sabah") 10 dekabr tarixində baş tutacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması