Qəbələdə keçirilən “Vüqar Həşimov Memorial-2023” superturniri davam edir.
Sportliqa.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə daha 3 turun partiyaları oynanılıb.
4, 5 və 6-cı turun görüşlərindən sonra üçhakimiyyətlilik hökm sürüb. Belə ki, üç qrossmeyster 6 turdan sonra hərəyə 7 xalla liderliyi bölüşdürür.
Günün ilk gedişini isə gənclər və idman naziri Fərid Qayıbov edib.
4-cü tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Nicat Abasov (Azərbaycan) 0,5:0,5
Yorden Van Forest (Niderland) – Rauf Məmmədov (Azərbaycan) 0:1
Rixard Rapport (Rumıniya) – Aydın Süleymanlı (Azərbaycan) 0,5:0,5
Boris Qelfand (İsrail) – Santoş Vidit (Hindistan) 0,5:0,5
Eriqaisi Arjun (Hindistan) – Teymur Rəcəbov (Azərbaycan) 0:1
5-ci tur
Nicat Abasov – Eriqaisi Arjun 0:1
Santoş Vidit – Şəhriyar Məmmədyarov 0:1
Aydın Süleymanlı – Boris Qelfand 0,5:0,5
Rauf Məmmədov – Rixard Rapport 0:1
Teymur Rəcəbov – Yorden Van Forest 0:1
6-cı tur
Eriqaisi Arjun – Yorden Van Forest 0,5:0,5
Rixard Rapport – Teymur Rəcəbov 0,5:0,5
Boris Qelfand – Rauf Məmmədov 1:0
Şəhriyar Məmmədyarov – Aydın Süleymanlı 0:1
Nicat Abasov – Santoş Vidit 0,5:0,5
Xal durumu: Arjun Eriqaisi, Nicat Abasov, Aydın Süleymanlı – hamısı 7 xal, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş, Rauf Məmmədov – hamısı 6, Yorden Van Forest, Rixard Rapport, Boris Qelfand – hamısı 5.