Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Sportliqa.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nın qonağı olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan matça Vüqar Əliyevin yetirmələri üstün başlasa da sonda sevinən Gəncə təmsilçisi olub. 3:1 hesabı ilə qalib gələn “Gəncə” klubu bu qələbədən sonra turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Turun növbəti oyunu isə “Murov Az Terminal”ın idman zalında keçirilib. Burada “Azərreyl” komandası UNEC-lə üz-üzə gəlib. Tələbərə hər üç setdə qalib gələn Cengiz Akarçeşmenin yetirmələri xallarının sayını 12-yə çatdırıblar.
Beləliklə, “Abşeron” və “Azərreyl” hərəyə 12 xalla turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Murov Az Terminal” 9 xalla 3-cü, “Gəncə” 6 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci pillədə qərarlaşıb. Sonuncu yerdə olan UNEC-in isə xalı yoxdur.
“Milli Aviasiya Akademiyası” – “Gəncə” 1:3 (25:21, 18:25, 23:25, 12:25)
“Azərreyl” – UNEC 3:0 (25:22, 25:15, 25:16).