
“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Alisk futbolçunun gələcəyi ilə bağlı danışıb.
Sportliqa.az xəbər verir ki, Alisk “Qarabağ”ın keçmiş üzvünün az oynamasından şikayətlənib: “Kadinin oyun vaxtı problemdir. Təəssüf ki, istədiyi qədər oynamır. Belə davam etsə, mən “Krasnodar” rəhbərliyi ilə danışacam”.
27 yaşlı Kadi bu mövsüm “Krasnodar”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 17 turdan sonra “Krasnodar” 35 xalla Rusiya çempionatında liderdir.
Kadi “Krasnodar”a “Qarabağ” 2023-cü ilin qışında 5 milyon avro qarşılığında transfer olunub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması